Lerikdə qasırğa: 100-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub.
 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, güclü külək əsasən rayonun ekelektrik təsərrüfatını iflic vəziyyətə salıb.
 
Belə ki, rayon ərazisində 100-dən çox elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 150-dək yaşayış məntəqəsi işıqsız qalıb.
 
Rayonun müvafiq qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə səfərbər olunublar. H. Məklikovun sözlərinə görə, günün sonunadək rayonun 70%-də elektrik enerjisinin verilişi bərpa olunmalıydı.  APA /
 

Google+ WhatsApp ok.ru