Lerikdə dağ uçqunu baş verib

Lerikdə dağ uçqunu baş verib

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 2-də Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində, "Dağlar qapısı" deyilən ərazidə baş verib.
 
Dağdan qopa böyük qaya parçaları yolun tam bağlanmasına və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olub. Hadisədən dərhal sonra rayonun müvafiq qurumları hərəkətə gətirilib. İşçi qüvvəsinin və ağır texnikanın köməkliyi ilə yol qismən təmizlənməklə maşınların hərəkəti bərpa olunub. Bununla belə, yoldakı böyük qayanı isə tərpətmək mümkün olmayıb. Məlumata görə, onu yalnız partlatmaqla ortadan götürmək mümkün olacaq. Bu işin sabah yerinə yetiriləcəyi nəzərdə tutulub.
 
Qeyd edək ki, Lerik-Qosmalian-Kəlvəz avtomobil yolundan rayonun 20-dən çox yaşayış məntəqəsinin sakinləri istifadə edir. Yolda sonuncu dəfə dağ uçqunu oktyabrın 28-də qeydə alınıb. /
 
lerikde dag ucqunu bas verib
 
lerikde dag ucqunu bas verib

Google+ WhatsApp ok.ru