Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü ölüb

Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü ölüb

Lerik rayonunda baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb. 
 
FHN-nin rəsmi saytının verdiyi məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib. 
 
Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. /

Google+ WhatsApp ok.ru