Lerikdə daha bir zəlzələ olub - YENİLƏNİB

Lerikdə daha bir zəlzələ olub - YENİLƏNİB

Lerikdə daha bir zəlzələ olub.
 
Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Yerli vaxtla 17:01:49-da Lənkəran stansiyasından 12 km cənub-qərbdə zəlzələ baş verib.
 
Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
 
***
Lerikdə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Maide.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, təkanlar yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.
 
Dərinliyi 15 kilometr olan zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
 
Sosial şəbəkələrdə Masallı, Lənkəran və Yardımlıda da zəlzələnin hiss olduğu qeyd olunub.
 

Google+ WhatsApp ok.ru