Lerikdəki zəlzələ 40-a yaxın evdə çatlar yaratdı

Lerikdəki zəlzələ 40-a yaxın evdə çatlar yaratdı

Lerikdə baş vermiş zəlzələ nəticəsində 40-a yaxın evdə çatlar əmələ gəlib.
 
Maide.Az bildirir ki, bunu Modern.az-a Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib.
 
O qeyd edib ki, yerlərdən müracitlər daxil olmaqdadır:
 
“Çox təhlükə yaradan çatlar aşkarlanmasa da, evlər zərər görüb. Hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə araşdırmaları davam etdirir. Çatlar yaranan evlərin sayı arta bilər. Çünki hələ müraciətlər daxil olmaqdadır".
 
H.Məlikov bildirib ki, hadisə ilə bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlara məlumat verilib.
 
Lənkəran rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırmaları davam etdirdiyindən zəlzələ nəticəsində ziyan çəkən ev və obyektlərin sayının dəqiqləşdirilməsi aparılır.
 
Respublika Seysmolji Xidmət Mərkəzinin məlumatına görə, ötən gün yerli vaxtla 16:57:14-də episentri Lerik ərazisində olan zəlzələ baş verib. Zəlzələ episentrdə 5 baldan çox (5,1), yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

 

Google+ WhatsApp ok.ru