Lerikdə avtomobil dərəyə aşıb

Lerikdə avtomobil dərəyə aşıb

-- 5 nəfər xəsarət alıb

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az bildirir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lerik rayonunun Hamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb. Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.
 
Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır.
 
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

 

Google+ WhatsApp ok.ru