Lerikin yuxarı ərazilərində qar fəsadlar törədib

Lerikin yuxarı ərazilərində qar fəsadlar törədib

Lerik rayonunun dağlıq ərazilərində qar fəsadlar törədib.
 
Maide.Az bildirir ki,  "Report"un Cənub mərkəzinin verdiyi xəbərə görə, rayonun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb.
 
Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparırlar. Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib.
 
Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy kəndində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.
 
Rayon mərkəzinə də qar yağsa da, yerdə qalmayıb. Bu səbəbdən hər hansı problem yaşanmayıb. Qar yağmaqda davam edir.
 

Google+ WhatsApp ok.ru