Levandovski birinci oldu, bəs Azərbaycan millisinin futbolçusu?

"Bavariya"nın forvardı 10 oyunda vurduğu 13 qolla bütün rəqiblərini qabaqlayıb. Almaniya millisinin hücumçusu, Levandovskinin Münhen klubundakı komanda yoldaşı Tomas Müller 9 qolla (9 oyuna) ikinci pillədə qərarlaşıb.Rusiya yığmasının hücumçusu Artyom Dzyuba və İsveç millisinin forvardı Zlatan İbrahimoviç isə hərəyə 8 qolla (8 oyun) 3-4-cü pilləni bölüşdürürlər.Portuqaliya millisi və "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo 6 oyuna vurduğu 5 qolla 20-ci yeri tutub.Seçmə mərhələdə 3 qol vuran Azərbaycan millisinin üzvü Dmitri Nazarov isə eyni sayda fərqlənən digər oyunçularla 35-49-cu yerləri bölüşdürürlər.

Google+ WhatsApp ok.ru