Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb

Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
 
Prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov xatırladıb ki, Leyla və Arif Yunusların məhkəməyə məcburi gətirilməsindən ötrü daxili işlər orqanlarına müraciət olunub. Onun sözlərinə görə, bu qərar mayın 17-də çıxarılsa da, məhkəməyə cavab gəlməyib.
 
Məhkəmə prosesi iyulun 12-dək təxirə salınıb. (apa) /

Google+ WhatsApp ok.ru