Leyla Yunusun şikayəti təmin edilmədi 07 Avqust 2014 01:00 Hüquq Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun apellyasiya şikayətinə baxılıb Vəkil Cavad Cavadov Apa-ya deyib ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Leyla Yunus özü də iştirak edib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci onun əri Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), maddələri ilə təqsirli bilinirlər. Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Teqlər : #Leyla Yunusun şikayəti təmin edilmədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arif Yunusun həbsi ilə bağlı rəsmi açıqlama... Hacı Tale Bağırovun məhkəməsi təxirə salındı