Leyla Yunusun vəkili danışdı - Video

Hazırlıq məhkəməsində qərara gəlinib ki, bir çox şahidlər ittiham aktından çıxarılmalıdır.
 
Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusovun məhkəmə prosesi başlayıb. 
 
Maide.az "ANS TV"yə istinadən xəbər verir ki, proses mətbuata qapalı keçirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısına siyasi partiyaların liderləri, Azərbaycanda fəaliyyət göstərən ölkələrin bəzilərinin səfirlik nümayəndələri və həmçinin hüquq müdafiəçiləri toplaşıblar. Prosesin gedişi barədə fasilədə Leyla və Arif Yunusovların vəkili Elçin Qənbərov açıqlama verib.
 
Vəkil Elçin Qənbərovun dediyinə görə, ilkin məhkəmə prosesində müdafiə tərəfinin vəsatətləri dinlənildi və rəd edildi. Bundan əlavə araşdırmalar aparılıb və məhkəmədə bir çox şahidlərin ifadələri də dinlənilib. Hazırlıq məhkəməsində qərara gəlinib ki, bir çox şahidlər ittiham aktından çıxarılmalıdır. 
 
Leyla və Arif Yunusovlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Google+ WhatsApp ok.ru