Leysan Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib

Leysan Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib

İyulun 13-də axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib. 
 
Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb. 
 
Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba–Xınalıq yolunda hərəkət bərpa olunub.
 
Hazırda qeyd edilən yolda  heç bir hərəkət məhdudiyyəti yoxudur.
 

Google+ WhatsApp ok.ru