Leysan Xaçmazda fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb

Leysan Xaçmazda fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb

Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.

 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzi də daxil olmaqla bir sıra yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb.  
 
Rayonun elektrik təsərrüfatına da ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yağış hazırda da davam edir.  
 

Google+ WhatsApp ok.ru