İlham Əliyev 210 məhbusu əvf edib, aralarında bir nəfər belə siyasi məhbus yoxdur

Dövlət başçısının sərəncamı ilə Azərbaycanda 210 məhbus əvf olunub. Onlar cəzalarının qalan hissəsini çəkməkdən azad edilib. Bu barədə Prezident yanında Əvf Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev öz facebook səhifəsində yazıb.
 
Saat 18-də əvf olunanların siyahısı dərc edilib və siyahıda bir nəfər belə siyasi məhbusun adı yoxdur. Bu, hakimiyyətin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamasının misli görünməmiş nümunəsidir. Bir sıra hökumətyönlü mənbələrin fikrincə, bu, İlham Əliyevin ABŞ Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsi haqqında qanun layihəsinə cavabıdır.
 
Xatırladaq ki, hakimiyyət bir müddət əvvəl siyasi məhbusların böyük hissəsini azad etmək planını açıqlamışdı, amma Smitin qanun layihəsindən sonra hakimiyyətin mövqeyi sərtləşib.
 
Bu, o deməkdir ki, rəsmi Bakı Vaşinqton və bütünlükdə Qərblə münasibətləri daha da gərginləşdirmək niyyətindədir ki, bu da Azərbaycanda demokratiya və insan hüquqları üçün yaxşı heç nə vəd etmir. Eyni zamanda, bu o deməkdir ki, Qərbin təzyiqi də güclənəcək və Azərbaycan hakimiyyətini də xoşagəlməzliklər gözləyir. contact.az /
 

 

Google+ WhatsApp ok.ru