'Lider TV' müflis elan edilib

'Lider TV' müflis elan edilib

İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Rabitə Nazirliyinin "Peyk Rabitəsi" İB-nin "Lidert TV və Radio - Azərbaycan" MMC-yə qarşı iddiasını təmin edərək, teleşirkəti müflis elan edib.

 
Məhkəmə "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasovu əmlak inzibatçısı təyin edib.
 
Xatırladaq ki, "Lider TV" 2000-ci ildən yayımdadır. Şirkətin sahibi Azərbaycan prezidenti İlham Əliyevin əmisi nəvəsi Ədalət Əliyevdir.
 
Son illər şirkətin ciddi maliyyə çətinlikləri yaranıb və şirkət əməkdaşlarının maaşları ödənilməməyə başlayıb. Bundan başqa, şirkət Rabitə Nazirliyinin qurumlarına yerüstü və peyk yayımına görə ödəniş edə bilməyib və böyük məbləğdə borcu yaranıb.
 
Müflisliyin səbəbi haqqında məlumat verilmir, amma ölkənin bütün teleşirkətləri icra hakimiyyətindən maliyyə asılılığındadırlar və təkcə maliyyə müstəqilliyini deyil, həm də yaradıcılıq müstəqilliyini çoxdan itiriblər.  

Google+ WhatsApp ok.ru