İlin əvvəlində Bakıda uçan binanın yeni görüntüləri yayıldı - Video

Xatırladaq ki, bu hadisə 25 yanvar 2014-cü il tarixində baş verib. Hadisə Heydər Əliyev prospekti 60 ünvanında baş vermişdi. Sökülməkdə olan bina yaxınlıqda park edilmiş avtomobillərin üstünə uçmuşdu.
 
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Əkbərov Asiman Salman oğlu hadisə yerində həyatlarını itiriblər. C.Bayramlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi imiş. Mətbuatda yayılan xəbərlərə görə, evin tək uşağı olan Cavidin atası hadisədən bir neçə gün öncə vəfat edib. 23 yaşlı A. Ələkbərov isə London Holts Academy of Jewellery-də oxuyurdu. 
 
Fakt ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi./bizimyol.info

Google+ WhatsApp ok.ru