İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb

İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Cari ilin 9 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 104,9 mln. ton yük, 1245,3 mln. sərnişin daşınıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.
 
Sərnişinlərin 96,2%-i və ya 1 mlrd. 197 mln. 979 min nəfəri avtobus, 3,8%-i və ya 47 mln. 321 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.
 
Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb. (apa) /

Google+ WhatsApp ok.ru