İlin əvvəlindən Azərbaycana 2,5 milyon əcnəbi gəlib

İlin əvvəlindən Azərbaycana 2,5 milyon əcnəbi gəlib

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsi bunu Dövlət Sərhəd Xidmətinə istinadən bildirib.
 
Məlumata görə bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
 
Gələnlərin 63 faizi Rusiya (31,1 faiz), Gürcüstan (20,2 faiz), Türkiyə (10,1 faiz), qalan 39 faizi isə 191 ölkənin payına düşür.
 
Bu ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım var, belə ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə Azərbaycana gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2,0 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə artıb. digərlərində 6,3 faizdən 33 faizə kimi artım olub. ,
 
2018-ci ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,3 faiz artaraq 99,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891,0 min nəfər olub.
 
Azərbaycan vətəndaşlarına gəlincə, 32,2 faiz İrana, 29,6 faiz Gürcüstana, 19,1 faiz Rusiya Federasiyasına səhayət edib. /contact.az /

Google+ WhatsApp ok.ru