Livanda ABŞ və İsrail əleyhinə aksiya keçirildi

Livanda ABŞ və İsrail əleyhinə aksiya keçirildi

-- ABŞ-ın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı elan etməsinə etirazlar davam edir

Livanın paytaxtı Beyrut şəhərində ABŞ və işğalçı İsrail rejiminə etiraz olaraq nümayişlər keçirilib. 

 Yüzlərlə insan ABŞ-ın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı elan etməsinə etiraz ediblər.   

Nümayişçilər aksiyada ABŞ və işğalçı İsrail rejimi bayraqlarını yandırıblar.   

Qeyd edək ki, aksiyalardan biri Məhəmməd əl-Əmin məscidi qarşısında, digəri isə BMT nümayəndəliyi qarşısında baş tutub. (eastnews.org)

Google+ WhatsApp ok.ru