Livanda etiraz aksiyaları gücləndi

Livanda etiraz aksiyaları gücləndi

Livanda milli valyutanın kursunun kəskin azalması fonunda kütləvi iğtişaşlar yenilənib.
 
Etirazlar Beyrut və Tripolini əhatə edib. Etiraz aksiyaları zamanı polislə toqquşmalar yaşanıb. Nəticədə polis gözyaşardıcı qaz tətbiq edərək, Beyrutun mərkəzi meydanından etirazçıları çıxarıb.
 
Tripolidəki toqquşmalar zamanı 9 nümayişçi xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Bununla belə etirazçıların ölkənin müxtəlif şəhərlərində yolları blokadaya almağa davam etdikləri vurğulanıb. Axar.az /
 

Google+ WhatsApp ok.ru