Livanda keçirilən seçkilərin üçüncü mərhələsində “Hizbullah”ın namizədləri qələbə qazanıb

Livanda keçirilən Şəhər Şurası  seçkilərinin 3-cü mərhələsində də Livanın Hizbullah və Amal hərakatlarına bağlı namizədlər qələbə qazanıb.
 
Maide.Az xəbər verir ki,  Livanın Cənub bölgəsində ötən gün keçirilən seçkilərin üçüncü mərhələsində Hizbullah və Amal hərakatının  dəstəklədiyi  “Vəfadarlıq və İnkişaf”  koalisiyasının  namizədlərinin qələbə çaldığı bildirilir.
 
Livanda ŞəhərŞurası seçkiləri 4 mərhələdə keçirilir. May ayının  29-dək  seçkilər davam edəcək və müxtəlif bölgələrdə keçiriləcək. ötən iki mərhələdə də Hizbullah və Amal hərakatının  dəstəklədiyi  “Vəfadarlıq və İnkişaf”  koalisiyasının  namizədlərinin qələbə qazanmışdı. /
 
 

Google+ WhatsApp ok.ru