Livanda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdi

Livanda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdi

Livanda 2 ay əvvəl rabitə vergilərinə etiraz olaraq başlayan aksiyalar davam edir.

Yüzlərlə nümayişçi paytaxt Beyrutda parlament binası yaxınlığında toplaşaraq, siyasi qrupların vəzifədən getməsini tələb edib.

Parlament binasına gedən yolları bağlayan təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.

Nümayişçilər də təhlükəsizlik qüvvələrinə daş ataraq, qarşılıq verib. Yerli mənbələr qarşıdurmada azı 33 nəfərin xəsarət aldığını bildirib.

Xatırladaq ki, Livanda nümayişlər hökumətin rabitə, xüsusilə "Whatsapp"a vergi tətbiq etmək cəhdinə etiraz olaraq 17 oktyabrda başlamışdı. /eastnews.org/

Google+ WhatsApp ok.ru