Livanda Parlament seçkiləri 2017-ci ilədək təxirə salınır

Livan höküməti gələn ay keçirilməsi nəzərdə  tutulan  Parlament seçkilərini 2017-ci ilə qədər təxirə salmaq niyyətindədirlər.
Maide.az-ın Livan mətbuatına istinadən məlumatına görə, Qərar Suriyadakı qeyri stabilliklə bağlıdır, nazirlərdən biri bildirib ki, Suriyadakı vəziyyət seçkilərin keçirilməsini mümkünsüz edib.
O deyib ki, Qonşu Suriyada gedən vətəndaş müharibəsi, Livanda dini zəmində gərginliyi artırır və fitnələri kəskinləşdirir.
Qeyd edək ki, Livanda Parlament seçkiləri 2013-cü ilin iyun ayında baş tutmalı idi. Bununla artıq seçkilər ikinci dəfədir ki, təxirə salınır. //

 

Google+ WhatsApp ok.ru