Livanda yeni hökumət quruldu

Livanda yeni hökumət quruldu

Livanda 9 ay sonra yeni hökumət qurulub.
 
Maide.Az "almanar"a  istinadən xəbər verir ki, 2018-ci il mayın 6-da keçirilən seçkilərdən sonra yeni hökumətin qurulmasına cavabdeh olan baş nazir Saad Hariri nazirlərin siyahısını təqdim etmək üçün Baabda Prezident sarayına yollanıb. Parlament sədri Nebih Berrinin də iştirakı ilə keçirilən iclasda prezident Mişel Avnın təsdiqetməsindən sonra yeni hökumətin tərkibi açıqlanıb.
 
Nazirlər Kabinetinin katibi Fuad Filfil Baabda sarayında mətbuat konfransında hökumətin 30 üzvünün adını açıqlayîb. 
 
Yeni hökumətin tərkibinin açıqlanmasının ardınca açıqlama verən S.Hariri  bildirib ki,  yeni hökumət  xalqa xidmət edən və investiya yatıracaq bir hökumət olacaq. 
O Nazirlər Kabinetinin  üzvləri arasında əməkdaşlığın önəmindən danışıb və bildirib ki, hökumətdə olmaq mənim üçün asan deyil lakin  məsuliyyəti qəbul etməkdən başqa yolum yoxdur. 
 
Bundan öncə S.Hariri  büdcənin azaldılması üçün qərar qəbul edəcəyini və Suriyalı qaçqınlar üçün  heç bir büdcənin nəzərdə tutulmayacağını da açıqlamışdı. 
 
Qeyd edək ki, Livanda siyasi qüvvələr arasındakı narazılıqlar səbəbindən yeni hökumət 9 aydır qurula bilmirdi.
 

Google+ WhatsApp ok.ru