Livan Hizbullahı Səud rejiminə xəbərdarlıq etdi

Livanın müqavimət hərəkatı olan Hizbullah görkəmli şiə din xadimi Şeyx Nəmrin edam cəzası barədə Səudiyyə Ərəbistanının hakimiyyətinə xəbərdarlıq edib.
 
Maide.az-ın məlumatına görə, cümə axşamı yayılan bəyanatda Hizbullah hərəkatı hökmü ədalətsiz və siyasi sifarişli adlandırıb: "Bu ədalətsiz hökm Səudiyyə hakimiyyət orqanları tərəfindən qəbul edilən repressiv siyasəti əks etdirir. Vətəndaşlar öz qanuni tələblərini sərbəst ifadə etmək haqqını istəyirlər."
 
Hizbullah hərəkatı bəyanatında Səud rejimini Şeyx Nəmrin edamını dayandırmağa və xalqın haqlı səsinə qulaq asmağa çağırıb. 

Google+ WhatsApp ok.ru