Livan Hizbullahı terrorçuların Suriya duruzilərinə qarşı cinayətini pisləyib

Maide.az xəbər verir ki, Livan Hizbullahı cümə axşamı günü bəyanatda yayaraq, "Suriyada təkfirçi terror qruplaşmaları yalnız kütləvi qırğın, qan tökmək, hörmətsizlik etmək, təfriqə yaratmaq və insanların yaşayış massivlərini boşaltmağı düşünürlər. 
 
Sionist rejim Suriyanın cənub bölgələrində təkfirçi terrorçulara istənilən silah yardımı və dəstəyi əsirgəməyib və hazırda faktlar vardır ki, sionistlərlə təkfirçi terror qruplaşmaları arasındakı əlaqənin olduğunu sübuta yetirir", - deyə bildirib. 
 
Livan parlamentinin sədri Nəbih Berri də Suriyanın İdlib vilayətində 40-dan çox duruzini qətliam edən əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının cinayətini pisləyib. 
 
Əl-Nüsrə terror qruplaşması Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində 40-dan çox duruzinin onlarla əməkdaşlıq etməmələrinə görə başlarını kəsib.

Google+ WhatsApp ok.ru