Livan iqtisadiyyatı çökdü: 90 milyardlıq borc...

Livan iqtisadiyyatı çökdü: 90 milyardlıq borc...

Livan dövləti avrobondların ödənişində ciddi problemlə üzləşib və defolt elan edib.
 
Axar.az xəbər verir ki, bunu Livanın Baş naziri Həsən Diab deyib.
 
“Dövlət 1,2 milyard dollar olan borcunu ödəyə bilməyəcək. Borcun ödənilməsi üçün verilən son tarix bu gündür. Livan tarixində ilk dəfə defolt elan edəcək. Ümumilikdə isə ölkənin xarici dövlət borcu 90 milyard dolları keçib", - Baş nazir bildirib.
 
Qeyd edək ki, Livanın aprel ayında daha 2 milyard 700 milyon dollarlıq avrobond ödənişi var.
 

Google+ WhatsApp ok.ru