Livan modeli İraqda tətbiq edilir - `Həşduş-Şəbi` siyasətə gəlir

Livan modeli İraqda tətbiq edilir - `Həşduş-Şəbi` siyasətə gəlir

İraqda İŞİD terrorçularına qarşı mübarizədə əhəmiyyətli rol oynayan "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsi siyasətə gəlmək fikrindədir. Birləşmə təşkilat şəklində parlament seçkilərində iştirak edərək siyasi qüvvəyə çevrilmək niyyətindədir. 
 
Qeyd edək ki, "Həşduş-Şəbi" ordu birləşməsi İraqın nüfuzlu din xadimi, mərceyi-təqlid Ayətullah Seyid Əli Hüseyni Sistaninin 2014-cü ilin avqustunda çağırışından sonra yaradılıb. Birləşmənin 300 minə yaxın tərəfdarı, 135 min nəfərlik aktiv hərbi gücü var. İraqın baş naziri "Həşduş-Şəbi" birləşməsinə dövlətin hərbi gücü statusunu verib. 
 
"Həşduş-Şəbi"nin İraqda tətbiq etmək istədiyi model Livanda Hizbullah təşkilatı tərəfindən uzun müddətdir həyata keçirilir. Belə ki, Hizbullah Livan hökumətində 12 deputat və 2 nazirlə təmsil olunan təşkilatdır. Hizbullah milyonlarla tərəfdarı olan siyasi təşkilat olsa da, özünün 65 mindən çox müstəqil və nizamlı ordusu var. (faktxəbər)

Google+ WhatsApp ok.ru