Livanın Sayda şəhər məscidlərində Fələstinli məhbuslarla həmrəylik nümayiş olunacaq

Livanın Sayda şəhər məscidlərində Fələstinli məhbuslarla həmrəylik nümayiş olunacaq

Livanın Sayda şəhərinin əhli-sünnə müftisi Şeyx Səlim Susan əhaliyə müraciət edərək onları cümə günü işğalçı İsrail rejim həbsxanalarında saxlanılan fələstinli məhbuslarla həmrəylik nümayiş etdirməyə çağırıb.
 
Maide.info xəbər verir ki, Şeyx Səlim Susan deyib ki, Fələstin müqavimət və şəhadət torpağıdır. “BU torpaqlarda hər gün məzlum xalqın şəhid olmasının şahidiyik. İndiyədək 70 il ərzində qadınlar da Fələstinin müdafiəsi uğrunda şəhid olur. Sionist rejimin törətdiyi qətl və cinayətlər tarixdə səbt olur. Bu cinayətlər bizim və dünyanın gözü önündə baş verir və Fələstin xalqının əzəmətini göstərir“.
 
Şeyx Səlim əhalidən isətyib ki, cümə günü fələstinli məhbuslarla həmrəylik nümayiş etdirmək üçün Sayda şəhərinin bütün məscidlərində sionist rejimin cinayətlərini pisləsin. “Bütün məscid imamları və xətiblərindən istəyirəm ki, cümə namazı xütbəsində fələstinli məhbusların fədakarlığı və çəkdikləri əzab-əziyyətdən danışsın”. /
 

Google+ WhatsApp ok.ru