Livanın sünni alimi: “İranın müdaxiləsi işğal sayılarkən, Səudiyyənin müdaxiləsi necə demokratiyanın qələbəsi hesab olunur?`

Livanın sünni alimi Şeyx Mahir Hammud martın 27-də cümə xütbəsində Yəməndəki proseslərə toxunub. Alim çıxışında deyib:
"Nəhayət ərəbləri bir gün belə sürətlə birgə şəkildə toplaşan, bu qədər döyüş təyyarəsini və cürbəcür silahlarını səfərbər edən, birgə mövqe sərgiləyən və bunu bütün dünyaya elan edən bir vəziyyətdə gördük. Bunu bacardılar. Amma niyə və və üçün bunu etdilər?
Sionist İsrail rejiminin Livana təşkil etdiyi hücumlarda eyni koordinasiyanı görə bildikmi? Yaxud Qəzzaya təşkil olunan hücumların hansısa birində? Ərəblərin Qəzzadakı mühasirəni sona çatdırmaq və ya Əqsanı hədəfə alan, Qüdsün yəhudiləşdirilməsini qarşılarına məqsəd qoyan təxribatlara qarşı çıxmaq üçün hərəkətə keçdiyini görə bildikmi?
Bu ümmət necə bu vəziyyətə gələ bilər?
Amerikadan başqa heç bir qüvvənin əmri ilə hərəkət etmədilər. Yalnız İsrail rejiminin mənfəətlərinə çalışdılar. Təyyarələri İsrail rejiminin təhlükəsizliyi təhlükə altına girdiyi üçün hərəkətə keçib.
Haradadır Əbu Cəhlin, Əbu Ləhəbin cahiliyyəsi? Artıq yeni növ bir cahiliyyə ilə üzləşirik. Necə oldu ki, heç bir fikri, qərarı olmayan Mənsur Hadi Yəmən xalqını təmsil etməyə başladı? Bunun müqabilində 4 ildir özünü hədəf alan hücumlara qarşı müqavimət göstərən Bəşər Əsəd hökumətini itirdimi? Haradadır demokratiya? Haradadır xalqların qərar almaq hüququ?
Necə olur ki, İranın Suriya və İraqa müdaxiləsi işğal kimi qəbul olunduğu bir vaxtda Səudiyyənin Yəmənə müdaxiləsi demokratiyanın qələbəsi sayılır? Yəməndə xalqın dəstəklədiyi Husilərin mübarizəsi üsyan olaraq tanıtdırıldığı bir vəziyyətdə bəs niyə Suriyadakı silahlı qruplaşmalar inqilabçı olurlar?
Husilərden qorxuruq? Yoxsa kimlərinsə dediyi kimi "İran layihəsindən"? Xeyr! Nə üçün? Çünki bu layihənin hədəfinin İsrail əleyhinə olduğunu, Livan və Fələstində, sonra İraq və Suriyada, daha sonra Amerika işğalının və təkfirçilərin qarşısında görmüşük. Bəli, üslublarda səhvlər ola bilər. Ancaq strategiya və əsl hədəflərdə bir xəta yoxdur.
Fars İmperiyasına və ya İran layihəsindən yaranan qorxunun səbəbi qövm və məzhəbi fərqlilikdir? Bəs, bu doğrudurmu?
Batilin haqqa qarşı “mən batiləm və haqqa qarşı döyüşürəm” deyərək döyüşdüyünü görmüsünüzmü? Batil hər zaman həqiqət paltarına sığınmağa çalışır. Necə ki, Firon da Həzrət Musanın (ə) qarşısında eyni davranışı nümayiş etdirmişdir? Musanı (ə) təxribatçı kimi dəyərləndirmişdir:
".. həqiqətən mən onun sizin dininizi dəyişməsindən və ya yer üzündə fəsad törədəcəyindən qorxuram" - (Mümin:26).
Eyni cür bəzi tərəflər də "Biz ABŞ-ın əmrlərini həyata keçiririk, İsraili müdafiə edirik" - deyərək müxtəlif bəhanələr fikirləşirlər. Məsələ budur ki, kökündə Fələstin məsələsinin olmadığı hər hadisə batildir. Bizim əsas meyarımız budur.
İran 36 ildir Fələstinin yanında olduğunu ortaya qoyub.
Baxın, bu bizim əsas meyarımızdır. Bunun müqabilində şiəliyin yayılması məsələsi əfsanədən başqa bir şey deyil! Milliyətçilik məsələsi isə təcili olaraq müalicə edilməlidir. Əgər İran dedikləri kimi farslara məxsus şiə təxribatıdırsa, onda bəs ərəblərin və digər müsəlmanların başqa bir alternativi varmı?".deyerler/

Google+ WhatsApp ok.ru