Livanın xarici işlər naziri: “Livanı Hizbullah ilə qoruduq”

Livanın xarici işlər naziri: “Livanı Hizbullah ilə qoruduq”

Bassil bütün livanlı qrup və cərəyanları korrupsiyaya qarşı məsuliyyət daşıdığını və korrupsiyaya qarşı mübarizədə hamının bir-biri ilə əməkdaşlıq etməli olduğunu istəyib

Livanın xarici işlər naziri Cibran Bassil Livanı sionist və təkfirçi təhdidlərindən qorumaqda Hizbullah müqavimət hərəkatının fəaliyyətini çox vacib və fundamental olaraq qiymətləndirib.
 
Cibran Bassil “Başlanğıcdan sonsuza” adlı Milli Azadlıq İttifaqının təşkil etdiyi bir mərasimdə çıxış edərək, işlərin düzəlməsi və korrupsiyaya qarşı mübarizənin əhəmiyyətinə diqqəti çəkib: “Biz Hizbullah və dürüst Seyid (Seyid Həsən Nəsrullah) ilə razılaşdıq. Seyid bir şeyə söz verdisə, ona vəfalıdır. İnsanlar bizə qatılmaq və inanmaq üçün addımlarımızı gözləyirlər. Korrupsiya xərçəng kimi bir qatildir və onu öldürməkdən başqa heç bir dərman yoxdur. Biz bir üçbucaq (ordu, millət və müqavimət qızıl üçbucağı) yaratdıq, bu üçbucağı qorumaq və işləri ona sadiq olaraq davam etdirmək istəyirik. Hizbullah əməkdaşlığı ilə Livanı İsrail rejimi və terrora qarşı qorumağı bacardıq və indi də Livanı potensial iqtisadi tənəzzül qarşısında qorumalıyıq”.
 
Bassil bütün livanlı qrup və cərəyanları korrupsiyaya qarşı məsuliyyət daşıdığını və korrupsiyaya qarşı mübarizədə hamının bir-biri ilə əməkdaşlıq etməli olduğunu istəyib.
 
“Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək və mübarizəyə şərik olmaq istəyirik və bu məsələdə səssiz qalmayacağıq”, - deyə Livanın xarici işlər naziri bildirib. (Deyerler.org)

Google+ WhatsApp ok.ru