Livan ordusu Rəəs Bəəlbək yüksəkliklərində terrorçuların mövqelərini gülləbaran edib

Maide.az xəbər verir ki, Livan ordusu dünən günorta çağı Şimali Bəqa məntəqəsindəki Rəəs Bəəlbək yüksəkliklərində yerləşən silahlı terrorçuların mövqelərini gülləbaran edib.
 
Livanlı təhlükəsizlik mənbələri qeyd edir ki, terrorçuların mövqelərinə qarşı hücum onların digər məntəqələrə nüfuz əməliyyatı keçirmək üzrə səylərindən sonra həyata keçirilib və ordu raket və ağır artilleriyadan istifadə edərək, terrorçuların mövqelərini hədəfə alıb.
 
İordaniyanın rəsmi "Petra" xəbər agentliyinin məlumatına görə, Suriya qırıcıları da Şimali Bəqa məntəqəsindəki Əl-Qqaa şəhərciyi ilə yanaşı yerləşən Əl-Cərdiyyə məntəqəsində yaraqlı terrorçuların mövqelərini hədəfə alıblar.

Google+ WhatsApp ok.ru