Livan xalqı Hizbullahın İsrail rejiminə qarşı uğurlu əməliyyatını təbrik etdi

Livan xalqı Hizbullahın İsrail rejiminə qarşı uğurlu əməliyyatını təbrik etdi

Livanın cənub xalqı Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını təbrik edib.
 
Deyerler.org xəbər verir ki, Livanın Əl-Mənar telekanalı Livanın cənubunda yerləşən Marun Əl-Ras bölgəsinin xalqının sentyabrın 1-i Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatından sonra küçələrdə bayram etdiklərini bildirib.
 
Marun Əl-Ras xalqı “Ləbbeyk ya Nəsrullah” və “Rədd olsun İsrail” şüarları ilə Hizbullaha dəstək veriblər.
 
Bu arada, Əl-Məyadin telekanalı da Beyrutun cənubundakı Zahiya bölgəsi xalqının da Hizbullahın sionistlərə qarşı uğurlu əməliyyatından sonra ruh yüksəkliyi ilə Hizbullaha dəstək verdiklərini bildirib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru