Liviyada Həftər ordusu yenidən reaktiv raketlərdən istifadə edib - VİDEO 30 Mart 2020 16:21 Dünya Liviya Milli Ordusu yenidən Milli Barışıq Hökumətinin qüvvələrinə qarşı Mi-35 helikopterlərindən atəş açıb. Rəqiblərə qarşı reaktiv raketlərdən istifadə olunub. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Osial şəbəkədə Mi-35 helikopterinin atəş açmasını göstərən videogörüntülər yayılıb. Düzdür, belə bir hücumun effektivliyi əhəmiyyətli şübhələr doğurur. Çox güman ki, pilotlar rəqiblərinə əhəmiyyətli dərəcədə ziyan vuracaq hədəf atışları həyata keçirməyiblər. Qeyd edək ki, Liviya Milli Ordusu münaqişə zamanı Mi-35 hücum helikopterlərindən ilk dəfə deyil istifadə edir. Belə ki, əvvəllər bu cür hücumlar Liviyanın paytaxtı Tripoli uğrunda gedən döyüşlərdə edilib. Martın 25-də Mi-35 helikopterlərindən Milli Barışıq Hökumətinin Əl-Vatya aviabazasına hücumlar həyata keçirilib. Liviyadakı müharibə zamanı Həftər ordusu həm Qəddafi dövründən, həm də xarici ölkələrdən satın alınan hücum helikopterlərindən istifadə edir. Xüsusilə bu cür alışlar Çexiya və Belarusiyadan həyata keçirilib. Xatırladaq ki, Liviyadakı müharibə hər iki tərəfin təyyarələrdən istifadə etdiyi azsaylı silahlı qarşıdurmalardan biridir. Təyyarələr və vertolyotlarla yanaşı zərbə dronlarından da istifadə olunur. #LNA MI35 raining death of the terrorist militias of the #GNA pic.twitter.com/hTHVPkLKRs— M.LNA (@LNA2019M) March 28, 2020 Teqlər : #Liviyada,#Həftər,#ordusu,#yenidən,#reaktiv,#raketlərdən,#istifadə,#edib,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda Taliban hücumlarında 20 təhlükəsizlik işçisi öldürülüb Qrosspiç: ABŞ və AB-nin Suriyaya qarşı tətbiq etdiyi tədbirlər cinayətdir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO