Liviyada seçkiyə müdaxiləyə çalışan iki rusiyalının saxlandığı xəbər verilir

Liviyada seçkiyə müdaxiləyə çalışan iki rusiyalının saxlandığı xəbər verilir

Liviyada qarşıdan gələn prezident seçkisinə müdaxilə cəhdində ittiham olunan iki rusiyalı saxlanıb.
 
Bu barədə məlumatı Liviya Baş Porkurorluğunun məktubuna istinadıən Bloomberg saytı verib.
 
Bu məlumat adlarının açıqlanmasını istəməyən iki Liviya rəsmisi tərəfindən təsdiq olunub.
 
Prokurorluğa aid sənənddə deyilir ki, rusiyalılar 2011-ci ildə öldürülmüş Liviya lideri Muammar Kaddafinin böyük oğlu Saif al-İslamla görüş təşkil etməyə cəhd göstəriblər.
 
Bloomberg ehtimal edir ki, Saif al-İslam Moskvanın dəstəyi ilə prezidentliyə namizədliyini verə bilər.
 
Saxlanan rusiyalıların kompüterləri və yaddaş kartları müsadirə edilib.
 
Yaddaş kartında olan materiallar saxlanan rusiyalıların başqa Afrika ölkələrində seçkilərə təsir etməyə çalışdıqlarını göstərib.
 
May ayından saxlanan rusiyalıların adları açıqlanmır.
 
Rusiyanın Proyekt nəşri hələ mart ayında xəbər verirdi ki, rusiyalı biznesmen, “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeny Progozhin-ə bağlı 100-dən 200-dək siyasi texnoloq 20-dək Afrika ölkəsində seçkilərin nəticəsinə təsir göstərməyə çalışıb.
 
Hazırda ötən may ayında Liviyada saxlanan iki nəfərin Prigozhin-lə bağlı olub-olmadıqları bilinmir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru