Liviyada toqquşmalar davam edir: 150 min liviyalı ölkəni tərk edib

Liviyada toqquşmalar nəticəsində 100 min liviyalının evlərindən didərgin düşdüyü bildirilib. Əlavə 150 min liviyalının isə ölkə xaricinə çıxmağa məcbur olduğu qeyd olunub. BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMİL) və İnsan Haqları üzrə Ali Komissarlığı birgə hesabat verərək 6 milyon 244 min liviya əhalisinin davam edən toqquşmalar səbəbi ilə 100 min liviyalının məcburi köçkün vəziyyətinə düşməsini təsdiq edib. Hesabatda 150 min liviyalının ölkə xaricinə çıxdığı bildirilib. Hesabatda ölkədəki bütün tərəflərə hücumları dayandlrmaq və höküməti yenidən qurmaq üçün siyasi dialoqa başlamaq üçün çağırış olunub. Bundan başqa rəsmilərdən insan haqlarını pozan hər kəsin məsuliyyətə cəlb olunması da istənilib.
 
Qeyd edək ki, təqaüddə olan general Xəlifə Həftər mayın 16-da hökümət tərəfdarı və inqilabçı bəzi qüvvələri terrorist elan edib və onlara qarşı “Qürur Müharibəsi “ elan etdiyini açıqlamışdı. Xüsusən ölkənin şərqində Həftərə bağlı olan qüvvələr ilə “Benqazi İnqilabçılar Şurası “ adı altında toplaşan silahlı birləşmələr arasında toqquşmalar mütəmadi davam edir.

Google+ WhatsApp ok.ru