İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
"Bəqərə" surəsi, ayə 8-9

Həzrət Məhəmməd (s) buyurur:
“Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”



Liviyanın mübarizə və müqavimət siması Ömər Muxtarın edamından 86 il keçir

Tarix : 15-09-2017 17:00

Liviyada apardığı mübarizə və müqavimətlə dünyada tanınan Ömər Muxtar 16 sentyabr 1931-ci ildə  işğalçı İtalya qüvvələri tərəfindən edam edilməsindən 86 il keçir. 
 
Liviyada müqavimət siması olan Ömər Muxtar 1862-ci ildə Liviyada doğulub.  O, Şimali Afrikalı müsəlmanlar kimi Senusi təriqətinə mənsub olub. Hələ gənc yaşlarından Liviyadakı qəbilələr arasında baş verən qarşıdurmaları yoluna qoymaqla məşğul olub, həmçinin "Ayn Qalaq" bölgəsinə fransız hücumunun qarşısını alıb. 
 
İtaliya 27 sentyabr 1911-ci ildə Tripoliyə qoşun göndərir. Məqsəd Liviyanı işğal etmək olur. Senusi lideri Seyid Əhməd "Qurtuluş Müharibəsi"nə dəstək vermək üçün Türkiyəyə getdiyindən Ömər Muxtar onun yerinə keçir. Muxtar liviyalıların italyanlara qarşı uzun illər ərzində etdiyi mübarizənin liderinə çevrilir.
 
Ömər Muxtar xalq müqavimətinin rəhbərinə çevrildikdən sonra italyanlarla 1923-32-ci illər ərzində hər il ən azı 50 dəfə müharibə, 200-dən çox xırda qarşıdurmalar olur. Sayca liviyalılardan qat-qat üstün olan italyanlar hava zərbələrini gücləndirir və xalqın etirazçılara dəsək olmaması üçün ilk öncə kəndlərə hücum edirlər. İtalyanlar təkcə 1923-29-cu illərdə 141.766 baş heyvan məhv edirlər.
 
Lakin liviyalılar böyük rəşadət sərgiləməyə davam edir. 1929-cu ilin 8 noyabr tarixində onlar İtaliyanın Benqazidə yerləşən qərərgahına hücum edir və buradakı italyan qüvvəsini tamamilə dağıdır, qərərgahı yerlə yeksan edirlər. 
 
Vəziyyətlərinin gərgin olduğunu görən Mussolini prosesi nəzarətə götürür və işğalçı ordunun rəhbəri olaraq general Rodolf Qrazianini təyin edir. Qraziani ona tapşırılan təlimatlarla Liviya xalqını soyqırıma məruz qoyur. 1931-ci ilin yanvarında Kufranı işğal edən italyan əsgərlər burada byük qətliamlar törədir, işgəncələrə və təcavüzlərə əl atırlar.
 
General Qraziani təslim olmuş xalqın qarşısında Quranı cırıq-cırıq edərək tapdayır və deyir: "İndi çağırın, o bədəvi peyğəmbəriniz köməyinizə gəlsin!" (bunu necə dəyişə bilərik?)
 
Qərbin bu vəhşi komandiri şəhərin nüfuzlu alimlərini təyyarədən yerə atır, bütün xurma ağaclarını məhv edir, quyuları bağlatdırır, Mehdi Senusiyə aid olan tarixi kitabxananı yandırıb külə döndərir və bütün qadınlara təcavüz etdirir. Kufranın italyanların əlinə keçməsi liviyalların vəziyyətini xeyli pisləşdirir.
 
Ömər Muxtar 11 sentyabr 1931-ci ildə səhabələrdən Sidi Rəfi həzrətlərinin qəbrini ziyarət edərkən italyalı kəşfiyyatçılar tərəfindən aşkarlanır və əsir düşür. O, 15 sentyabr 1931-ci ildə İtaliyada məhkəmə qarşısına çıxarılır və Qrazianinin əvvəlcədən əmr etdiyi kimi, ölüm hökmünə qərar verilir.
 
Verilən qərardan sonra Ömər Muxtar deyir: "Hökm və qərar vermək yalnız Allaha aiddir. Sizin bu saxta və uydurma hökmünüzün heç bir anlamı yoxdur". 
 
Ömər Muxtar həmin gün minlərlə liviyalı əsirin gözləri önündə edam edilərək şəhadətə yetişir. 
 
 
 Onun İtalyalı işğalçılara qarşı mübarizəsi ilə bağlı Suriyalı rejissor  Mustafa Akkad tərəfindən 1981-ci ildə “Çöl aslanı” adlı film çəkilib. 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:29
07:56
12:35
17:31
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-12-2017 08:14