Liviya təyyarəsini qaçıranlar sərnişinləri buraxıblar - YENİLƏNİB

Liviya təyyarəsini qaçıranlar sərnişinləri buraxıblar - YENİLƏNİB

*** ilk xəbər 15:12-də yayımlanıb
 
Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.
 
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.
 
Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub. /
 

Google+ WhatsApp ok.ru