Ölkənin ən böyük banklarından biri 2 filialını bağladı

“AGBank” ASC-nin iki filialı bağlanıb.
 
Bankın Bakının Yasamal rayonu, İnşaatçılar prospekti 31A ünvanında yerləşən “İnşaatçılar” filialı “Elmlər” filialı ilə birləşdirilib.
 
Bundan başqa, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31 ünvanında yerləşən “Azadlıq” filialı da “Nəsimi” filialı ilə birləşdirilib.
 
Bankdan informasiyanı təsdiqləyiblər.

Google+ WhatsApp ok.ru