Ölkəyə geni dəyişdirilmiş taxıl və çay məhsulunun gətirilməsi cinayət məsuliyyəti yaradacaq

Ölkəyə geni dəyişdirilmiş taxıl və çay məhsulunun gətirilməsi cinayət məsuliyyəti yaradacaq

Geni dəyişdirilmiş bütün bitki toxumu və bitki materiallarının, o cümlədən taxılın və çayın Azərbaycana çətirilməsi cinayət və inzibati cəza məsuliyyəti yaradacaq. 

 

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət və inzibati Xətalar məcəllələrinə yeni maddələr təklif olunur. Məcəllələrə yeni məsuliyyətlər ilə bağlı ediləcək əlavələr ötən sessiyada “Taxıl haqqında”, “Çayçılıq haqqında” və “Toxumçuluq haqqında” qanuna edilən əlavələrdən irəli gəlir. Əlavələrə görə ölkəyə geni dəyişdirilmiş bitki toxumu, taxıl və çay məhsullarının Azərbaycana gətirilməsi və ölkə ərazisində satışı, istehlakı qadağan olunub. Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələrə görə, bu məhsulların ölkəyə gətirilməsi miqdarından asılı olaraq 8 min manata qədər cərimə və ya 2 il müddətinə qədər azadlıqdan məhrum etmə ilə məsuliyyət yaradacağı gözlənilir.

 

Yeni layihələrin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub. (apa)

Google+ WhatsApp ok.ru