Ölkədə qazın `xod`unu kim alıb?

Ölkədə qazın `xod`unu kim alıb?

Əhaliyə verilən təbii qazın həcmində yaşanan problem davam etməkdədir. Həcmlə bağlı problem evlərdəki kombi sistemlərinin işə salınmasına problem yaradır. Digər tərəfdən təbii qazın qiymətinin artırıla biləcəyi ilə bağlı müzakirələr başlayıb. Əvvəlki təcrübə göstərir ki, hökumət qiymət artımına getməmişdən əvvəl bazarda həmin məhsulun çatışmamazlığını yaradır.
 
Elektrik enerjisinin istehsalında da problem yaşanır. Cari ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda deyilir ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
 
Qurumun verdiyi digər bir məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində isə 18,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
 
Qeyd edək ki, 2015-ci illə müqayisədə aylıq istehsal 0,2 mlrd. kVt/saat yaxud 11,77% artıb, 10 aylıq istehsal isə 0,2 mlrd. kVt/saat və ya 1,08% azalıb.
 
Qazın həcmində yaranan problem nəylə bağlıdır? Buna səbəb Azərbaycanın təbii qazla bağlı öhdəliklərinin artması ola bilərmi?
 
Ekspert İlham Şaban ilham shaban 3bildirdi ki, əhaliyə verilən qazın qiymətiylə bağlı konkret proqnoz vermək çox çətindir. Çünki qiymətin təyini hökumətin inhisarında olduğundan bu məsələdə hökumət yalnız özü qərar verir. İ.Şabanın sözlərinə görə, Azərbaycanda bu məsələlər komerssiya rejiminə salınmayıb.
 
SOCAR-ın vitse prezidenti Rəhman Qurbanovla müsahəbsində təbii qaz ehtiyatları ilə bağlı sual verdiyini deyən İ.Şaban vurğuladı ki, SOCARın rəsmi mövqeyi budur ki, bu il keçən ilin müvafiq dövrü ilə müqayisədə anbarlara toplanan qazın həcmi 300 milyon kub metr çoxdur: «Ona görə neft şirkətinin təbii qazının olmadığı ilə bağlı fikirlər yanlışdır. Amma ikinci bir məsələ odur ki, Azərbaycanın xarici bazara verdiyi öhdəliklər var. Çünki 2016-cı ilin martın əvvəlində Azərbaycanla Gürcüstanla yeni qaz müqaviləsi imzalayıb. Faktiki olaraq 2015-ci il ərzində Azərbaycan Gürcüstan bazarında mövqelərini qoruyub saxlamaq uğrunda mübarizə apardı. Burada məqsəd Rusiyanın «Qazprom» şirkətinin Gürcüstan bazarına daxil olmasına imkan verməmək idi. Azərbaycan nəticədə Gürcüstan bazarına əlavə 400-500 milyon kub metr qazın verilməsi öhdəliyini götürdü».
 
İ.Şabanın sözlərinə görə, «Şahdəniz» layihəsi çərçivəsində də Türkiyəyə ixrac olunan qazın həcmi artır. Ortada olan statistik faktorlarla yanaşı qış mövsümünün əvvəlki illərlə müqayisədə daha tez gəlməsi də nəzərə alınmalıdır: «Oktyabrın 10-dan artıq əhali kombiləri yandırmağa başladı. Bu az qala əvvəlki dövrlə müqayisədə 1 ay tezdir. Nəticədə qaza olan tələbat artdı. Onu da nəzərə almaq lazımdır ki, qaz anbarlarına təbii qazın toplanması noyabrın 1-nə qədər getməliydi. Amma o da nəzərə alınmalıdır ki, qaz abunəçilərinin sayı artıb. Bundan əlavə metanol zavodu işə düşüb. Kommersiya obyektlərində də qaza olan tələbat artıb. Yəni ölkə daxilində qaz istehlakı artıb. Hökumət bunu proqnoz etməliydi». (faktxeber) /

Google+ WhatsApp ok.ru