Ölkə ərazisində noyabrın 23-ü gündüzdən 24-ü səhərədək müşahidə olunmuş faktiki hava

Ölkə ərazisində noyabrın 23-ü gündüzdən 24-ü səhərədək müşahidə olunmuş faktiki hava

Ölkə ərazisində yağıntılı, şaxtalı hava davam edib, bəzi yerlərdə qar yağıb
 
Ölkə ərazisində noyabrın 23-ü gündüzdən 24-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb. 
Düşən yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçayda (Şəkidə) 2 mm olub.
 
Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 sm təşkil edib.
 
Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında  0-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta olub.

Google+ WhatsApp ok.ru