Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb
 
Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 23, Maştağada 8, Zabrat, Sumqayıtda 3, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda (Qax) 69, Şəkidə 25, Kişçayda 24, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Xaltan, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lənkəran-Astara zonasında: Lerikdə 32, Rvarudda 28, Yardımlıda 19, Göytəpədə 17, Kəlvəzdə 8, Lənkəranda 6, Kiçik Qafqazda: Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11, Naxçıvan MR-da: Ağdərədə 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Mərkəzi Aran rayonlarında: Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Qazax-Gəncə zonasında: Tovuzda 30, Ceyrançöldə 19, Ağstafada 12, Gəncə, Cəfərxanda 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 sm olub.
 
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib. /

Google+ WhatsApp ok.ru