Ölkədə `pul aclığı` və onun səbəbləri

Ölkədə `pul aclığı` və onun səbəbləri

"Exo" qəzetində "Azərbaycanda "pul aclığı"dır, manat kütləsi çatmır" sərlövhəli məqalə oxumaq olar.
 
Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib:
"2018-ci ildə Dövlət Neft Fondunun valyuta ehtiyatlarının artması gözlənilmir. Birincisi, Fondun 1 milyard vəsaiti Beynəlxalq Bankda cəmlənib. Bu bank isə artıq ödəniş qabiliyyətli deyil, bu borcu dövlət qaytarmalıdır. Bundan irəli gələrək de-fakto Fond artıq 1 milyard dollar itirib. Bu informasiya Fondun ehtiyatlarının 34.791 milyard dollar olması haqda yeni rəsmi məlumatlar sırasına aiddir".
 
Ə.Həsənovun fikrincə, bu durum əmanətçinin müflis bankda əmanəti olmasına bənzəyir. Təsdiq edir ki, pulu var, amma reallıqda həmin pul yoxdur.
 
Ekspert bu baxış bucağından Fondun zərərdə olduğunu düşünür:
"İkinci, Mərkəzi Bank (MB) pul kütləsini sıxmaqla manatın təbii devalvasiyasının qarşısını aldı. Əgər MB məzənnə məsələsinin qarşısını süni şəkildə almasa idi, bu proses qaçılmaz olacaqdı, bu heç də müsbət hal deyil, indi bundan bütün iqtisadiyyat əziyyət çəkir. Ölkədə «pul aclığı»dır, çünki manat kütləsi çatmır. Neft Fondu bu ilin 6 ayı ərzində hərraca 1.714 milyard vəsait çıxarıb. Bu da keçənilki eyni dövrün eyni göstəricisindən 2.436 milyard dollar azdır. Bankların xarici valyuta almağa heç nəyi yoxdur".
 
Ekspert düşünür ki, gələn il Neft Fondunun üzərinə böyük ağırlıq düşə bilər:
"Odur ki, 2018-ci ildə Fondun valyuta ehtiyatlarının real artımı olmayacaq. Əksinə, ola bilər ki, gələn il Fondun valyuta ehtiyatları azalsın. Odur ki, hökumət bu ehtiyatlardan maksimal şəkildə az istifadə etməyə çalışacaq". /

Google+ WhatsApp ok.ru