Ölkədən gedənlər çoxalır

Ölkədən gedənlər çoxalır

“Novoye Vremya” qəzetində “Emiqrantların sayı artır?” sualına cavab axtarırlar.
 
Yazıda bildirilir ki, ölkədə böhranın dərinləşməsi ilə miqrasiya məsələsi aktuallıq kəsb edir. Yüksək ixtisaslı mütəxəssislər müasir Azərbaycanda perspektivlərini görmədiklərindən ölkədən getməyi düşünürlər.
 
Yazıda vurğulanır ki, xaricdə təhsil almağa da maraq artıb.
 
Müəllifə görə, əksər halda miqrasiya müəyyən vəsaitləri olanlara imkan deməkdir. Qalan əhali isə ancaq hansısa təsadüfə ümid edə bilər.
 
Yazıda bildirilir ki, rəsmi statistikaya görə, də ölkədən gedib-qayıtmayanların sayı artmaqdadır:
 
“Yerli statistika 90-cı illərdə miqrasiya sahəsində rəqəmləri çox aşağı göstərirdi. 2 milyon azərbaycanlı Rusiyada yaşayır, demək olar ki, bütün ruslar Azərbaycanı tərk ediblər. Rəsmi məlumatda isə deyilir ki, 26 ildə Azərbaycana ancaq 454 min nəfər qayıtmayıb. Bu rəqəmlər isə başqa ölkələrdə yaşayan azərbaycanlıların statistikası ilə asan şəkildə yoxlana bilir”.
 
Müəllif vurğulayır ki, 2014-cü ildə ölkəni 10,5 min, 2015-ci ildə isə 25,9 min nəfər tərk edib. 2016-cı il ilə bağlı göstəricilər, hələ yoxdur.
 
Yazıda bildirilir ki, neft bumu dövründə əksinə Azərbaycana xaricidən axını olub. Amma, 2013-cü ildən etibarən vəziyyət yenidən əks istiqamətə dəyişməyə başlayıb.
 
Yazıda vurğulanır ki, indi bir çox insanlar yenidən xaricə üz tuturlar. Onlar qonşu ölkələrdə Azərbaycanla müqayisədə daha çox qazanmaq imkanı əldə edirlər.
 

Google+ WhatsApp ok.ru