Ölkənin regional hava limanları ilə bağlı XƏBƏR

Ölkənin regional hava limanları ilə bağlı XƏBƏR

Azərbaycana gələn turistlərin sayının artırılması üçün ölkədəki regional hava limanlarının imkanlarından daha aktiv şəkildə istifadə olunma üzərində iş aparılır.
 
Maide.Az bildirir ki, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-in sualına cavab olaraq deyib.
 
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Respublikasının Turizm Şurası nəzdində Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılıb: “İşçi Qrupun 2 iclası keçirilib. Burada bu sahə ilə məşğul olan bütün dövlət qurumları təmsil olunur. Onlar bu məsələ ilə bağlı öz töhfəsini verirlər. Məlumdur ki, bu il milli loukoster şirkəti fəaliyyətə başlayıb və Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin daşıma dinamikasında artım müşahidə edilir. Biz Azərbaycanda olan imkanlardan istifadə etsək də, yenə də müəyyən həll edilməmiş məsələlər qalıb. İşçi Qrup hazırda onların üzərində işləyir”.
 
N.Səmədov deyib ki, İşçi Qrupun üzərində işlədiyi məsələlər uçuşların cədvəllərinin optimallaşdırılması, onların daha rahat şəkildə turistlərə təqdim edilməsi, Azərbaycanın mərkəzə, yəni avia xap statusu olan ölkəyə çevrilməsi, loukosterlərin cəlb edilməsi, regional hava limanlarının daha aktiv şəkildə istifadə olunması və sairdir: “Bu ilin sonunda İşçi Qrup üzrə hesabat hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”.
 

Google+ WhatsApp ok.ru