Ölkə məmurlarının tamahkarlığına ...

Ölkə məmurlarının tamahkarlığına ...

-- qeyri-neft sektorunda əlverişli mühit yaratmaq prioritet...

"Novoye Vremya" qəzetində "Çəkindirici meyl" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici şirkətlərin bölmələrinin son zamanlar ölkədən gedişlərinin artmasını və bunun səbəblərini müzakirəyə çıxarır.
 
Müəllif deyir ki, Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın qeyri-neft sektoruna kifayət qədər xarici sərmayə qoyulmamasına səbəb kimi bu sahədəki qeyri-şəffaflığı göstərib.
 
Məqalə müəllifi deyir ki, dövlət başçısı hədəfi düzgün göstərir: "Bu doğrudur, belə ki, şəffaflıq, korrupsiya və inhisar səviyyəsi xarici sərmayədarlar üçün Azərbaycan iqtisadiyyatına etimad barometridir. Digər tərəfdən, bu neqativ hallar ölkədə hazırda fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətinə də pis təsir göstərir".
 
Müəllif deyir ki, milli iqtisadiyyatın inkişafı naminə elə şərait yaratmaq lazımdır ki, bu şirkətlər ölkədə fəaliyyətlərini davam etdirə bilsinlər, amma bu, heç də həmişə müsbət həllini tapmır, uzun müddət Azərbaycanda fəaliyyət göstərmiş şirkətlərin Azərbaycandan getdiklərini bildirir: "Düzdür, gələnlər də var, amma son ildə 10-larla şirkətlərin ölkədə fəaliyyətini dayandırması çəkindirici meyldir".
 
Müəllifə görə, əgər bu, qeyri-gəffaflıq kimi neqativlərlə bağlıdırsa, bundan nəticə çıxarmağın vaxtıdır, çünki iqtisadiyyatda vəziyyət az və ya çox sabitləşib, belə halda xarici firma, holdinq və ya şirkətlərin ölkə bazarını tərk etməsi müsbət hal sayılmaz.
 
Müəllif ölkədə xarici ölkələrin nəhəng şikətlərinin fəaliyyət göstərdiyini amma onların neft sahəsində olduğunu, qeyri-neft sahəsinə aidiyyatı olmadığını vurğulayır: "Bizə isə iqtisadiyyatın qeyri-neft sektourunu inkişaf etdirmək zəruridir, bu sahədə xarici şirkətlərin fəaliyyəti bu sektorun inkişafına təkan verərdi. Bundan da irəli gələrək, bu şirkətlərin önündə olan süni maneələr aradan qaldırılmalıdır".
 
Müəllif iddia edir ki, ölkə məmurlarının tamahkarlığına, korrupsiya hesabına varlanmaq səylərinə görə ümumi iş zərər görməməlidir.
 
Məqalə müəllifi hesab edir ki, xarici sərmayələr Azərbaycan iqtisadiyyatının sabit inkişafı üçün vacib amildir və bu kontekstdə iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı naminə qonşu dövlətlərdən sərmayə cəlb etmək olar.
 
Müəllifə görə, bunun üçün qeyri-neft sektorunda əlverişli mühit yaratmaq prioritet olaraq ortaya çıxır.(contact.az)
 

Google+ WhatsApp ok.ru