Ölkədə YENİ QADAĞA 08 Fevral 2019 11:06 Ölkə Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Maide.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklərin edilməsi təklif edilir. Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər. Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir. Teqlər : #Ölkədə,#YENİ,#QADAĞA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstan Prezidenti Azərbaycana səfərə gələcək Xəzər məsələləri üzrə ilk iclasinin tarixi məlum olub