Ölkənin ictimai şəxsləri Kərbəla məktəbindən danışır (VİDEO)

Ölkənin ictimai şəxsləri Kərbəla məktəbindən danışır (VİDEO)

Dəyərlər Oxucular Klubunun və "Hikmət Evi" elmi-arşdırma Mərkəzinin təşkilatçılığı, "Deyerler.org" saytının informasiya dəstəyi ilə VII Aşura Forumu keçirilib.
 
Bu il VII Aşura Forumu pandemiya şəraitinə uyğun olaraq virtual formada keçirilib.
 
Tədbirin giriş hissəsində çıxış edən DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu forumun önəminə diqqət çəkərək, Aşura və Kərbəla məktəbinə müxtəlif rakurslardan elmi və analitik yanaşmanın zərurətinə vurğu edib.
 
 
Aşura Forumunda xalq yazıçısı Çingiz Abdullayev, əməkdar incəsənət xadimi Ayaz Salayev, xalq artisti Həmidə Ömərova, yazıçı, millət vəkili Aqil Abbas, karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev Kərbəla məktəbinin verdiyi dərslərdən söz açıb.
 
 
Bununla yanaşı bu il dünyada Məhərrəmlik və Aşura coşqusunu əks etdirən video-çarx nümayiş olunub.
 
 
Müxtəlif peşə sahibi olan şəxslər "Mənim üçün Aşura nədir?" mövzusunda maraqlı çıxışlar edib.
 
 
 
Eyni zamanda uşaqların Aşura duyğularını əks etdirən maraqlı bədii kompozisiyalar təqdim edilib.
 
 
 

Google+ WhatsApp ok.ru