İlk dəfə “DSL” şəbəkədə məlumatların saniyədə 10 Qbit sürətlə ötürülməsinə nail olunub 23 May 2016 01:00 Maraq dünyası “Nokia” şirkətinin rəsmisi bildirib ki, tarixdə ilk dəfə hibrid optik lifli koaksial şəbəkə üzrə məlumatların simmetrik ötürülməsi zamanı 10 Qbit/s sürətə nail olublar. Bu, yeni “XG-Cable” texnologiyası sayəsində mümkün olub. Rabitə operatorları trafik həcminin artması fonunda kabel şəbəkələrinin buraxılış qabiliyyətinin artmasını təmin edə və xərcləri azalda biləcəklər. Maide.Az “ICTnews”-a istinadən xəbər verir ki, məlumatların simmetrik ötürülməsi informasiyanın eyni zamanda həm ötürülməsi, həm də qəbulu deməkdir. Məlumatlar 1.2 QHs tezlik diapazonunda "nöqtə-nöqtə" topologiyası üzrə ötürülüb. “Nokia Bell Labs” bölməsi tərəfindən hazırlanmış “XG-Cable” texnologiyası sayəsində 10 Qbit/s əldə olunub. “XG-Cable” texnologiyası sayəsində operatorlar əvvəllər fiziki cəhətdən mümkün olmayan və ya iqtisadi cəhətdən faydasız yerlərdə istehlakçılara yüksəksürətli məlumatların ötürülməsi üzrə daha effektiv xidmət göstərə biləcəklər. / Teqlər : #İlk dəfə DSL şəbəkədə məlumatların saniyədə 10 Qbit sürətlə ötürülməsinə nail olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaxın Şərq yaşamaq üçün əlverişsiz ola bilər “Google” smartfonda eksperimentlər aparmaq üçün servis istifadəyə verib - VİDEO